"Hakim-narkobaron" tutuldu
Fransada polis özünü məşhur FIFA referisi Kleman Turpen kimi təqdim edən narkotik ticarətçisini saxlayıb.
Sportfm.az xəbər verir ki, həmin şəxs bir neçə il narkotik vasitələrin Belçika və Fransaya yayılması ilə məşğul olan qruplaşmanın tərkibində yer alıb.
Proses zamanı istifadə olunmuş avtomobillərdən biri Turpenin adına qeydiyyatda olub. Lakin cinayətkarların tutulmasından sonra müəyyən edilib ki, futbol hakiminin bu işə heç bir aidiyyəti yoxdur.
Sadəcə, onun adından işi ört-basdır etməkdən ötrü narkotik dilerləri yararlanıb. Qruplaşmanın PSJ-nin hücumçusu Kilian Mbappenin soyadından da yararlandığı məlum olub.
Turpen oxşarının tutulmasını belə şərh edib: "Mənim mənzilim və ya qəsrim, bu işlə heç bir bağlılığım yoxdu.
Amma tez-tez təkrarlayıram ki, futbol hakimliyi çox təhlükəli peşədir".
Kleman Turpen bu həftə Çempionlar Liqasında İtaliya "Yuventus"unun Hollandiya "Ayaks"ına 1:2 hesabı ilə uduzduğu 1/4 final mərhələsinin cavab görüşünü idarə edib.
Oxşar xəbərlər
Azərbaycan millsinin üzvü narkotik satarkən tutuldu - DƏHŞƏT
AMADA idmançıları maarifləndirəcək - Narkotiklərlə mübarizədə
"Topaz" kuponu əvəzinə narkotik satıldı - Bakıda hadisə
Kamran Ağayevin bibisi oğlu saxlanıldı - Narkotik satırmış!
Maradona etiraf etdi: "Narkotik maddələrdən istifadə edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası