reklam
Kabayeva yeni sanksiyalar paketindən çıxarıldı -
Sportfm.az xəbər saytı

Kabayeva yeni sanksiyalar paketindən çıxarıldı -Qərar


Avropa İttifaqı Vladimir Putinin sevgilisi olduğu iddia edilən gimnast Alina Kabayevaya sanksiya tətbiq etmək üçün qollarını çırmalayıb.

Sportfm.az xəbər verir ki, ABŞ-ın isə Kabayevanı sanksiya siyahısına daxil etməkdə tərəddüd etdiyi bildirilir.

Amerikanın CNN televiziyasının Avropa Komissiyasının mənbələrinə əsaslanaraq verdiyi xəbərdə sanksiya siyahısına salınacaq adlarla bağlı müzakirə aparıldığı, lakin adları açıqlanmayan diplomatlara görə, bu qərar sadə bir iş deyil. Kabayeva keçən ay SSRİ-nin İkinci Dünya Müharibəsində nasizm üzərində qələbəsini Putinin işğalı ilə müqayisə etdikdən sonra "hədəfdə olan insanlar" siyahısına əlavə edilib.
Sanksiya təklifində Kabayeva Putinin təbliğat maşınını yaradan və demək olar ki, bütün Rusiya dövlət mediasında əhəmiyyətli paya malik olan Milli Media Qrupunun idarə heyətinin sədri kimi göstərilir. Sənəddə qeyd olunur ki, keçmiş gimnast və Dövlət Dumasının keçmiş deputatının "prezident Vladimir Putinlə yaxın münasibəti var".

Bu il 70 yaşı tamam olacaq Rusiya lideri 2008-ci ildən bəri Olimpiadanın qızıl medalçısı, 38 yaşlı Kabayeva ilə münasibətlərini inkar edib. Münasibətlərini ilk dəfə yazan Moskva qəzeti isə bu xəbərdən az sonra bağlanıb.

WS Journal isə keçən ay dərc etdiyi xəbərdə Vaşinqtonun Kabayevaya qarşı sanksiyaları nəzərdən keçirdiyini bildirib. Xəbərdə Vaşinqtonun 11 saatlıq danışıqlar prosesindən sonra Kabayevanın yeni sanksiyalar paketindən çıxarıldığı bildirilib. (Lent.az)

 

Oxşar xəbərlər

Putin yenidən ata olur - 69 yaşında
Avropa İttifaqı Kabayevaya qarşı sanksiyalar tətbiq edəcək - Putinə görə
Alina Kabayeva işdən çıxarıldı - Sanksiyalara görə
Alina Kabayeva İsveçrədən deportasiya olunacaq - Putinə görə
Putinin idmançı sevgilisi deport olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər