Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Zirə"nin futbolçusu, "Neftçi"nin məşqçisi cəzalandırıldı -QƏRAR
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.
"Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə” klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə” klubu 500 manat cərimə edilib. Oyunda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat cərimə edilib.
Matçda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə klub 10000 manat cərimə edilib.
Qarşılaşmanın 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Neftçi” klubu 5000 manat cərimə edilib.
“Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” klubu 700 manat cərimə edilib.
“Qəbələ” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilib.

Oxşar xəbərlər
AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi - QƏRAR
AFFA klubları cərimələdi - QƏRAR
İntizam Komitəsi qərarları açıqladı
AFFA klubları cərimələdi və cəzalandırdı
“Turan Tovuz” cərimə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin