reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlərin bilet qiymətləri


UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçını izləmək istəyən qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olacaq. Azarkeşlər vauçer alaraq onları matç zamanı biletə dəyişəcəklər.

Qeyd edək ki, "Qarabağ" Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Oxşar xəbərlər

“Qarabağ” – “Şelburn” matçına 11 min bilet satıldı - Çempionlar Liqası
“Qarabağ” azarkeşləri üçün 306 yer ayırıldı
“Qarabağ” - “Ayaks" oyununa 18 mindən çox bilet satıldı - Avropa Liqası
“Qarabağ”la matçda biletin qiyməti 24 manat olacaq
"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər