reklam
“Qarabağ” böyük hesabla uduzdu -
Sportfm.az xəbər saytı

“Qarabağ” böyük hesabla uduzdu -Avropa Liqası


Bu gün UEFA Avropa Liqasında 5-ci turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.

Ağdam klubu Bakıda "Lion"la (Fransa) üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma "Lion"un 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Lion" hazırda 10 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 3 xalı olan "Qarabağ" isə 31-cidir.

Qeyd edək ki, "Qarabağ" 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda "Ayaks"a (0:3) məğlub olub. Qurban Qurbanovun komandası 4-cü turda Norveç səfərində "Bodo Qlimt"ə 2:1 hesabı ilə qalib gəlib.

28 noyabr

21:45.“Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa) - 1:4

Qollar: Mikautadze, 15 (0:1), Tolisso, 63 (0:2), Fofana, 68 (0:3), Mikautadze, 80 (0:4), Juninyo, 88-pen. (1:4)

Hakimlər: Nenad Minakoviç, Nikola Boroviç, Bosko Bozoviç, Milan Mitiç (hamısı Serbiya)

Tofiq Bəhramov adına Respublika Stadionu

Oxşar xəbərlər

"Qarabağ" "Lion"a qarşı - Avropa Liqası
“Qarabağ” – “Lion” matçının hakimləri bilindi - Avropa Liqası
"Qarabağ"ın rəqibindən bərabərlik
"Qarabağ"ın 4-cü sınağı - Avropa Liqası
"Qarabağ" evdə uduzdu - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər