Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu gün "Qarabağ" meydana çıxır -Çempionlar Liqası
UEFA Çempionlar Liqasında 2-ci turun oyunları davam edir.
Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Oyun saat 20:45-də başlayacaq. Matçı Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edəcək.
İlk turda Portuqaliyada “Benfika” üzərində əzmkar qələbə (3:2) qazanan Ağdam təmsilçisi ev oyunuda da qalib gəlməklə turnir cədvəlində üst pillələrdə qərarlaşa bilər.
“Qarabağ” və “Kopenhagen” artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.
Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ” üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.
1 oktyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

Oxşar xəbərlər
"Qarabağ" - "Kopenhagen" matçını türk hakim idarə edəcək - Çempionlar Liqası
8 il sonra eyni yerdə - Çempionlar Liqası
“Qarabağ” pley-off-da ilk oyununa çıxır - Çempionlar Liqası
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində!
"Qarabağ" "Lion"a qarşı - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası