reklam
Gəncə stadionu UEFA-nın standartlarına uyğundur
Sportfm.az xəbər saytı

Gəncə stadionu UEFA-nın standartlarına uyğundur


Gəncə stadionu UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilib.

Sportfm.az xəbər verir ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir.

Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası da tikilib.

Stadionda futbolçular üçün paltardəyişmə, konfrans, tibbi, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb.

UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Stadionunda MDB oyunlarının açılış mərasimi keçirilib.

Prezident İlham Əliyev sentyabrın 27-də Gəncə stadionunun açılısında iştirak edib

Oxşar xəbərlər

İlham Əliyev Gəncə şəhər stadionunun aşılısında iştirak etdi
Prezident və xanımı Gəncə stadionu ilə tanış oldular - FOTO
Gəncə şəhər stadionunda oturacaqlar quraşdırılır
Azərbaycanda yeni stadionunun tikintisinə başlandı - FOTO
Gəncə stadionu belə olacaq - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər