reklam
Gəncə şəhər stadionunda oturacaqlar quraşdırılır
Sportfm.az xəbər saytı

Gəncə şəhər stadionunda oturacaqlar quraşdırılır


Gəncə şəhər stadionunda oturacaqların quraşdırılmasına başlanılıb.

Sportfm.az xəbər verir ki, bununla bağlı AzTV-də reportaj yayımlanıb.

Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü ildə imzaladığı sərəncama əsasən, 1964-cü ildən istifadədə olan və son illər istismar müddətini başa vurmuş Gəncə şəhər stadionu sökülərək, yenidən müasir tələblərə uyğun tikilməyə başlayıb. Ümumi ərazisi 10 hektar olan arena UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilməkdədir.

15 464 yerlik stadionda media nümayəndələri və fiziki imkanı məhdud tamaşaçılar üçün də müvafiq sayda oturacaq mövcuddur. Burada soyunub-geyinmə, tibb, hakimlər, texniki heyət və konfrans otaqları da nəzərdə tutulub. Layihə çərçivəsində stadion ərazisində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqəsi yaradılacaq.

İdman qurğusu UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq.
Qeyd edək ki, Gəncə şəhər stadionu 28 sentyabr - 8 oktyabrda keçiriləcək III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Xankəndi stadionunun son durumu - FOTO
Azərbaycanda yeni stadionunun tikintisinə başlandı - FOTO
Yeni “İmarət” stadionu belə olacaq - FOTO
Gəncə stadionu belə olacaq - FOTO
Prezident Gəncənin İdman Sarayında - Foto

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər