reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" azarkeşlərə görə cərimələndi


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib. Matçın 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 5000 manat cərimə edilib.

Oxşar xəbərlər

Premyer Liqa klublarının cəzaları açıqlandı - QƏRAR
AFFA "Neftçi" və "Qarabağ"ı cərimələdi - QƏRAR
AFFA klubları cərimələdi - QƏRAR
Premyer Liqa klubları cərimələndi - Qərar
“Sabah” Təcili Tibbi Yardım avtomobilinə görə cəzalandı - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər