reklam
“Sabah” Təcili Tibbi Yardım avtomobilinə görə cəzalandı -
Sportfm.az xəbər saytı

“Sabah” Təcili Tibbi Yardım avtomobilinə görə cəzalandı -Qərar


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 16-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Qəbələ” – “Kəpəz” oyununun 49-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Qəbələ” klubu 500 manat cərimə edilib.

“Sabah” – “Səbail” oyununda hesab tablosu işləmədiyinə görə “Sabah” klubuna xəbərdarlıq edilib. Oyna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1000 manat cərimə edilib.

“Neftçi” – “Turan Tovuz” oyununda hesab tablosu işləmədiyinə görə “Neftçi” klubuna xəbərdarlıq edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

Oxşar xəbərlər

AFFA klubları cərimələdi və cəzalandırdı
İntizam Komitəsinin qərarları açıqlandı
“Turan Tovuz” cərimə edildi
İntizam Komitəsinin qərarları açıqlandı
AFFA -dan mövsümün ilk cərimələri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər