reklam
Universiadada 9 medal -
Sportfm.az xəbər saytı

Universiadada 9 medal -UĞUR


Azərbaycan cüdoçuları Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında doqquz medal qazanıb.

Sportm.az xəbər verir ki, yarışa yollanan doqquz idmançının hər biri medal sahibi olub.

Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər.

Nurlan Kərimli (66 kq), Cəsur İbadlı (90 kq), Könül Əliyeva (48 kq) və Südabə Ağayeva (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bahadır Feyzullayev (60 kq), Mehdi Abbasov (81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (73 kq) və Əli Qazıməmmədov (100 kq) bürünc medallara yiyələniblər.

Qeyd edək ki, Azərbaycanın cüdo yığması yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub.

Oxşar xəbərlər

Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı
Cəsur İbadlı qızıl medal qazandı - Dünya çempionatı
Cüdoçularımız 7 medal qazandı - Universiada
4 qızıl, 3 gümüş və 5 bürünc - yığmamız birinci oldu
Cüdo yığmamız bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər