reklam
Cəsur İbadlı qızıl medal qazandı -
Sportfm.az xəbər saytı

Cəsur İbadlı qızıl medal qazandı -Dünya çempionatı


Perunun paytaxtı Limada keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak edən Azərbaycan cüdoçuları - Cəsur İbadlı və Mehdi Abbasov medallar qazanıblar.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Məlumata görə, Cəsur İbadlı (-73 kq.) qızıl medala sahib olub. Mehdi Abbasov (-81 kq.) isə bürünc medal qazanıb.

Azərbaycan 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunur. Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparır.

Dünən dünya çempionatında 2 çəki dərəcəsində 3 cüdoçumuz güclərini sınayıb. Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəkidə Cəsur İbadlı,-81 kq. çəkidə Mehdi Abbasov və Əli Qazıməmmədov tatamiyə çıxıblar.

Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçirilir.

Oxşar xəbərlər

Mehdi uzaq Latın Amerikasına nə üçün gedir?
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Cüdoçularımız mübarizəyə başlayır - Avropa Kuboku
4 qızıl, 3 gümüş və 5 bürünc - yığmamız birinci oldu
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər