reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" prezidentindən açıqlama


"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhəsindəki heç bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə klub prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda həmin stadionun ot örtüyü yoxdur. T.Gözəl bütün qarşılaşmaların Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacağını diqqətə çatdırıb.

O, Liqa mərhələsindəki hər bir rəqiblə oyunların maraqlı olacağını dilə gətirib: "İngiltərənin "Çelsi" və "Liverpul" kimi komandalarına qarşı oynayacağıq. Portuqaliya klubları ilə oynamaq mənə ləzzət verir.

"Napoli" də İtaliya üçün əzilmiş xalqın savaş simvoludur. Belə bir klubun "Qarabağ"la oynaması çox böyük bayramdır. Xaricdə bunu biləndə məni qucaqlayırlar. Artıq bizi sevir, qəbul edir, sevinirlər".

Oxşar xəbərlər

"Prezident olaraq daim onun arxasındayam” - Tahir Gözəl
"Qarabağ" meydana ikinci qələbəsini qazanmaq üçün çıxacaq" - Tahir Gözəl
Tahir Gözəl "Qarabağ"ı yalnız buraxmadı
Tahir Gözəl oyunun yayımlanmaması ilə bağlı danışdı
"Qarabağ" - PAOK oyunu hansı stadionda keçiriləcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər