Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" meydana ikinci qələbəsini qazanmaq üçün çıxacaq" -Tahir Gözəl
Komandamız meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.
Sportfm.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
UEFA Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) ilə oyundan öncə komandanın mətbuat xidmətinə danışan klub rəhbəri qələbə qazanmaq istədiklərini bildirib:
“Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Budyo Qlimt”ə (Norveç) qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Futbolçularımız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq".
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər
“Qarabağ” – “Lion” matçının hakimləri bilindi - Avropa Liqası
"Lion" Bakıda açıq məşqə çıxacaq - Tarixi bilindi
"Qarabağ" - "Lion" oyununa bir gündə 13.000 bilet satıldı
"Komandamla fəxr edirəm" - Tahir Gözəl
Farioli və Qurbanov medianın önünə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi

Misli Premyer Liqası