Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
31 il öncə futbol tariximizin ilk acı avrokubok təcrübəsi - FOTO, VİDEO
Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil etməsi ilə tarix yazan “Turan” debüt ilində Türkiyə təmsilçisi "Fənərbaxça"ya uduzmuşdu.
1993-94-cü il mövsümündə tovuzlular “Qarabağ”ı bir xal qabaqlayaraq ilk dəfə qızıl medalları boyunlarından asdılar.
Həmin vaxt Azərbaycanın ən yaxşı futbolçuları “Turan”ın heyətində cəmləşmişdi.
Məhz bu çempionluq sayəsində “Turan” Azərbaycanın avrokuboklardakı ilk iştirakçısına çevrildi.
UEFA həmin vaxt Azərbaycana cəmi bir vəsiqə ayırdı və çempionumuz UEFA kubokunda iştirak etmək hüququ qazandı.
Beləcə 1994-cü ilin avqust ayının 9-da “Turan” İstanbulun məşhur “Şükrü Saracoğlu” stadionunun qazonuna ayaq basmaqla Azərbaycan futbolu tarixinə yeni və silinməz bir səhifə yazdı.
Həmin vaxt Avropada reytinqimiz də çox aşağı idi. Klub reytinqimiz demək olar, yox idi.
Bundan başqa, UEFA-nın o dövr üçün mövcud olan qaydasına görə, klubların nəticələrinə görə hazırlanan ölkələrin reytinq cədvəlində yalnız ilk 24 yeri tutan ölkənin çempionları Çempionlar Liqasında iştirak edə bilərdi.
Məhz buna görə də çempion olmağına baxmayaraq, “Turan”ı Çempionlar Liqasına buraxmadılar və təmsilçimiz UEFA kubokunda mübarizəyə qoşuldu.
Düzdür, oyunun nəticəsi heç də bizim üçün ürəkaçan olmadı və “Turan” adlı-sanlı “Fənərbaxça”ya 0:5 hesabı ilə uduzdu.
Tovuz stadionu UEFA-nın tələblərinə cavab vermədiyinə və cəbhə bölgəsində yerləşdiyinə görə cavab qarşılaşması Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda keçirildi.
Avqustun 23-ə təsadüf edən həmin görüşdə də “Fənərbaxça” qələbəyə sevindi. Azərbaycan çempionu rəqibin vurduğu iki topa cavab verə bilmədi.
Bu gün cavab matçının üzərindən 31 il ötür. İlk oyunun videosunu sizlərə təqdim edirik.

Oxşar xəbərlər
“Turan Tovuz”un 100-cü oyunu
“Turan Tovuz” öz tarixi rekordunu təkrarladı
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
UEFA "Turan"a pul ödədi - futbolçulara görə
FUTBOL TARİXİMİZ: "Fənərbaxça"dan "Turan"a qarşı amansız "qonaqpərvərlik" - TAM VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası