reklam
“Turan Tovuz” öz tarixi rekordunu təkrarladı
Sportfm.az xəbər saytı

“Turan Tovuz” öz tarixi rekordunu təkrarladı


“Turan Tovuz” tarixi rekordunu növbəti dəfə təkrarlayıb.

Sportfm.az xəbər verir ki, Tovuz təmsilçisi bunu Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin “Hypers Guba” ilə matçında (7:2) reallaşdırıb.

“Turan Tovuz” 4-cü dəfə bir oyunda 7 qol vurub. Tovuz təmsilçisi 2016/2017 mövsümündə 1-ci Divizionda (indiki 1-ci Liqa) oynadığı vaxt üç fərqli qarşılaşmada belə məhsuldar olub. “Energetik” komandasını 7:0 və 7:1, “Bakılı”nı 7:0 hesabı ilə məğlub edən tovuzlular həmin rekordu yenidən təkrarlayıb.

Amma 7:2 hesablı qələbə klub tarixinə kubokdakı rekordlarla düşüb. “Turan Tovuz” bu turnirdə ən böyük qələbəsini qazanıb, ən yüksək məhsuldarlığını göstərib və ən qollu matçını keçirib. Bunadək hər üç rekord ötən mövsümün “Göygöl”lə matçına məxsus idi. Həmin vaxt tovuzlular 5:1 hesablı qələbəyə seviniblər.

Oxşar xəbərlər

"Turan Tovuz"dan yubiley qələbəsi
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
"Turan" üçün rumın komandası
“Turan Tovuz”un tarixində bir ilk
“Turan Tovuz” ilklərə imza atdı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər