reklam
Şahin Diniyev:
Sportfm.az xəbər saytı

Şahin Diniyev:"Oyunların yerləri dəyişdirləcək"


"Kəpəz" komandası Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə ilk dövrənin bütün oyunlarını səfərdə keçirəcək.

Sportfm.az saytı bildirir ki, bu barədə report-a komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

Əlli bir yaşlı mütəxəssis Gəncə şəhər stadionunda yeni ot örtüyünün salınması ilə əlaqədar ilk dövrədə ev matçlarını Bakı və ya Tovuzda keçirməyə gərək qalmadığını söyləyib: "Artıq rəqib klublarla oyunların yerlərinin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub. Rəqibləri başqa şəhərdə qəbul etməyimizə ehtiyac qalmayıb. Oyunların yerləri dəyişdirləcək və ilk dövrədəki 7 matçımız səfərdə olacaq. Açığı, bu, daha çox bizim əleyhimizə olan amildir. Yəni rəqiblərdən oyunların yerlərinin dəyişdirilməsinə etiraz edən yoxdur".

Qeyd edək ki, Gəncə şəhər stadionunda mayın 11-dən başlayan təmir-bərpa işləri AFFA-nın vəsaiti hesabına həyata keçirilir. Stadionun II dövrəyədək hazır olacağı proqnozlaşdırılır.

Oxşar xəbərlər

“Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək - Qərar
"Kəpəz" ev oyunlarını Gəncə stadionunda keçirəcək - AÇIQLAMA
Gəncə şəhər stadionu sökülür - Qərar
Gəncə şəhər stadionunda təmir işləri davam edir
Premyer Liqa başlayır, "Kəpəz"lə bağlı müəmma davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər