Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqa başlayır, "Kəpəz"lə bağlı müəmma davam edir
"Kəpəz" və "Səbail" Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə ilk dövrədəki ev oyunlarını başqa stadionlarda keçirəcək.
Sportfm.az xəbər verir ki, bunu Klublar Komitəsinin sədri Kamran Quliyev deyib. O bildirib ki, sözügedən klubların ev oyunlarını keçirdiyi stadionlar hazırda təmirdə olduğu üçün alternativ varinat seçiləcək. Quliyevin sözlərinə görə, təqvimə dəyişiklik edilməyəcək və bu klubların bütün oyunlarını səfərdə keçirməsi variantı yoxdu.
Artıq "Səbail" ev oyunlarını harada keçirəcəyi ilə bağlı seçimini edib. Debütant rəqiblərini Mərdəkanda yerləşən "Dalğa Arena"da qəbul edəcək. "Kəpəz"lə bağlı müəmma isə davam edir. Bir müddət əvvəl komandanın ilk dövrədəki bütün görüşləri səfərdə keçirəcəyi xəbərləri yayılmışdı.
Oxşar xəbərlər
İsrail millisi ev oyunlarını "Panço Arena"da keçirəcək - AVRO-2024
“Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək - Qərar
"Kəpəz" ev oyunlarını Gəncə stadionunda keçirəcək - AÇIQLAMA
"Dalğa Arena" təmirə bağlandı - FOTO
Şahin Diniyev:"Oyunların yerləri dəyişdirləcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası