Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Azarkeş dəstəyi bizim üçün önəmlidir" -Elmar Baxşıyev
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, o, matçdan öncə təşkil edilmiş mətbuat konfransında sabakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
“Sabahkı oyuna yaxşı hazırlaşmışıq. “Omoniya”ya qarşı əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, rəqibi yaxşı təhlil etmişik. Rəqib komanda yaxşı futbolçulardan təşkil olunub. Bizim komandada əsas və ya ehtiyat qüvvə yoxdur. Bütün futbolçular sərəncamımdadır. Nə vaxt ehtiyac olarsa, hər biri meydanda özlərini ən yaxşı tərəfdən göstərməyə hazırdılar”.
Baş məşqçi azarkeşlərə səslənib:
“Azarkeş dəstəyi bizim üçün önəmlidir. “Aris”lə matçda da gördük ki, futboçlularımız tərəfdarların önündə daha böyük ruh yüksəkliyi ilə çıxış edirlər. İstərdim ki, sabahkı görüşdə gəlsinlər və komandamıza dəstək olsunlar”.
“Araz-Naxçıvan” – “Omoniya” matçı avqustun 7-də “Dalğa Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.

Oxşar xəbərlər
UEFA "Araz-Naxçıvan"ın futbolçusunu cəzalandırdı
"90 dəqiqə diqqətli olmalıyıq" - Qurban Qurbanov
"Sabahkı oyun çox çətin olacaq" - De Byazi
"Şanslarımız bərabərdir” - Uoker “Qarabağ”la oyundan danışdı
""Qarabağ" Kipr çempionatında titullar uğrunda mübarizə apara bilər" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası