Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boksçumuza haqsızlıq edən hakim ömürlük qovulacaq
Ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında boksçumuza qarşı qərəzli şəkildə haqsızlıq edən hakim cəzasız qalmayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının bununla bağlı Beynəlxalq Boks Assosiasiyasına (İBA) ünvanlandığı etiraz məktubu, o cümlədən idmançımızın hüquqlarının qorunması üçün gördüyü işlərə cavab olaraq hakim Stefan Subalevski ömürlük hakim titulundan məhrum ediləcək.
İBA prezidenti Umar Kremlyev bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
O videomüraciətində bildirib ki, məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevin (75 kq) döyüşündəki hakim özbaşınalığa yol verməməli idi: “Bu həm İBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kim ki, idman dəyərlərini pozur, onlar olmamalıdır. Nə İBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.
U.Kremlyev vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar: “Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.
Qeyd edək ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə boksçumuzun çempionluğu əlindən alınıb. Görüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə qələbə serbiyalı idmançıya verilib.

Oxşar xəbərlər
Boks Federasiyası qalmaqalla bağlı açıqlama yaydı
Millimizin sabiq üzvü futboldan ömürlük uzaqlaşdırıldı
13 əlcək sahibimiz Bolqarıstana gedir
Azərbaycanlı hakim və həkim Tokio-2020-də - Təyinat
Lorenzo Sotomayor: "Hakim mənə qarşı haqsızlıq etdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
Binə stadionu FİFA sertifikatına layiq görüldü
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa

Misli Premyer Liqası