reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ı tribunadan izləmək istəyənlər üçün -Biletlər satışda


UEFA Çempionlar Liqasında yeganə təmsilçimiz "Qarabağ"ın III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) səfər matçının biletləri azərbaycanlı azarkeşlər üçün satışa çıxarılır.

Sportfm.az xəbər verir ki, xaricdə yaşayan və Ağdam klubuna dəstək olmaq istəyən həmyerlilərimiz "National Arena Todor Proeski"də baş tutacaq oyunun biletlərini bu gün saat 17:00-dan etibarən onlayn qaydada "iTicket.az"dan əldə edə (vauçer şəklində) bilərlər.

"Köhlən atlar"ı dəstəkləmək istəyən şəxslər üçün stadionda 1000 yer ayrılıb. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Xatırladaq ki, avqustun 5-də keçiriləcək "Şkendiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
"Qarabağ"ı tribunadan izləmək istəyənlər üçün -

Oxşar xəbərlər

“Qarabağ” azarkeşləri üçün 306 yer ayırıldı
"Qarabağ" - "Səbail" oyununun biletləri satışda
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır
“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər