reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır


UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo” Zaqreb (Xorvatiya) oyununun biletləri avqustun 22-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Sportfm.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək "Qarabağ" - "Dinamo" görüşü saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
“Qarabağ” - "Braqa” oyununun biletləri satışda
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
"Qarabağ" - "Molde" oyununun biletləri satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər