reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" coşğu ilə qarşılandı


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif" üzərində səfər qələbəsi qazanan (2:1) "Qarabağ" vətənə qayıdıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan futbolunda yeni tarix yazan Ağdam təmsilçisinin təyyarəsi saat 05:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. 

Pley-off mərhələsinə vəsiqə əldə edən Azərbaycan çempionunu hava limanında azarkeşlər coşğu ilə qarşılayıblar. APA TV-yə açıqlama verən baş məşqçi Qurban Qurbanov çətin oyun keçirdiklərini bildirib: "Komandada bir az gərginlik var idi. Ancaq şükürlər olsun, hər şey istədiyimiz kimi oldu".

Qurbanov pley-off mərhələsi ilə bağlı proqnoz verməkdən yayınıb: "Rəqibin kimliyi ilə bağlı hələ ki, düşünmürük. Düşünəcək bir şey də yoxdu. Gözləyəcəyik, görək hansı komanda ilə qarşılaşacağıq".

Qeyd edək ki, "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi avqustun 2-də bilinəcək.

Oxşar xəbərlər

"Ondan əl çəkməyəcəyik" - Qurban Qurbanov
"Qarabağ"ın rəqibi Bakıda nələr edəcək? - Məlum oldu
Uğurun memarı:"Çıxıb oynayacağıq"
"Qarabağ" qalib gəldi
Qurban Qurbanov:"Gözlədiymiz oyun oldu"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər