

"Qarabağ"ın rəqibi Bakıda nələr edəcək? -Məlum oldu
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın “Olimpiya” klubu cavab matçı üçün Bakıya səfər proqramı açıqlayıb.
Sportfm.az xəbər verir ki, Lyublyana təmsilçisi oyundan 1 gün əvvəl - iyulun 17-də Azərbaycana gələcək. Komanda Lyublyanadan Bakıya çarter reysi ilə səfər edəcək. “Olimpiya”nı gətirən təyyarənin Bakı vaxtı ilə saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş etməsi nəzərdə tutulub. Komandanın Bakıdakı məşqi isə saat 22:00-da baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da başalayacaq. Bu komandalar arasındakı ilk oyun isə iyulun 11-də Lyublyanada keçiriləcək.
Oxşar xəbərlər
Bakıya səfər proqramı açıqlandı - “Viktoriya”nın
Ağdam klubu İsveçrəyə yollanır - Proqram bəllidir
“Linfild”i dəstəkləmək üçün Bakıya bir azarkeş gələcək
Yunanlar Bakıya gəlir
"Qarabağ"ın rəqibi 15 yaşlı futbolçu ilə anlaşdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin