reklam
Milli Mətbuatın 150 və AİJA-nın 30 illiyinə həsr olunmuş yubiley matçı keçirildi
Sportfm.az xəbər saytı

Milli Mətbuatın 150 və AİJA-nın 30 illiyinə həsr olunmuş yubiley matçı keçirildi


Etopaz-ın baş sponsorluğu, Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Minifutbol Federasiyasının (AMF) və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) birgə təşkilatçılığı ilə Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileylərinə həsr olunmuş yubiley matçı keçirilib.
Görüşdə idman jurnlistlərindən ibarət komanda tanınmış futbol veteranlarından qurulmuş yığma ilə üz-üzə gəlib.
Komandalar şərti olaraq "Əkinçi" və "Futbol+" adlanıb.
Jurnalistlərdən ibarət yığma meydana "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin baş məşqçiliyi ilə meydana çıxıb.
Sabir Hacıyevin baş hakimi olduğu oyun 7:7 hesabı ilə başa çatıb.
Jurnalistlərdən Emin Abbasov, Mirbağırağa Cəfərli, Nurani İsgəndərov (4), Xanoğlan İmanov veteranlardan Samir Ələkbərov, Azər Bağırov, Azər Mehdiyev, Əli Abışov (2), Vaqif Cavadov (2) fərqlənib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yubiley matçının sonunda AİJA prezidenti Eldar İsmayılov, "Olimpiya Dünyası" qəzetinin baş redaktoru Aslan Şirəliyev iştirakçılara Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileyləri münasibətilə hazırlanmış xatirə medalları və digər hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər

Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı təşkil edildi
Jurnalistlərimiz “Qalatasaray”ın əfsanələrinə qarşı
AFFA-nın yubiley oyununda 10 qol
Aqil Paşayevin xatirəsinə həsr olunmuş yoldaşlıq oyunu keçirildi - FOTO
Şəhid atasına xüsusi mükafat təqdim edildi - AİJA tərəfindən

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər