reklam
AFFA-nın yubiley oyununda 10 qol
Sportfm.az xəbər saytı

AFFA-nın yubiley oyununda 10 qol


AFFA-nın təsis olunmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Dalğa Arena”da yoldaşlıq oyunu təşkil olunub.

Sportfm.az xəbər verir ki, "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanan matçda qurumun, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Premyer Liqada çıxış edən klubların əməkdaşlarından və məşqçilərindən təşkil olunmuş kollektiv üz-üzə gəlib.

Hər iki komandanın üzvlərini yubiley münasibətilə təbrik edən, xatirə şəkli çəkdirən AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçular Kazbek Tuayev və Çingiz İsmayılovla birlikdə simvolik olaraq topa ilk toxunuşu ediblər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb. AFFA-nın heyətində İlqar Qurbanov (2), Arif Əsədov, Fərrux İsmayılov və Zaur-Hacı Məhərrəmov fərqlənib. Klubların qolların isə Xaqani Məmmədov (4) və Zaur Tağızadə vurub.

Oxşar xəbərlər

Rövnəq Abdullayevə "Neftçi" forması hədiyyə edildi - FOTO
AFFA-nın 30 illiyi üçün yoldaşlıq oyunu
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununda
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi
Tahir Süleymanov oyun idarə etdi, Maşallah Əhmədov qol vurdu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər