reklam
AMADA-nın Müşahidə Şurasının iclası keçirildi
Sportfm.az xəbər saytı

AMADA-nın Müşahidə Şurasının iclası keçirildi


Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Sportfm.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətindən məlumat verilib.

Müşahidə Şurasının 2025-ci ildə növbəti iclası Şura sədri, Milli Məclisin deputatı Nigar Arpadarainin sədrliyi ilə baş tutub.

2023-cü ilin oktyabrında yaradılmış Müşahidə Şurasının əsas məqsədi AMADA-nın fəaliyyətində şəffaflığın artırılması, hesabatlı idarəetmə mexanizmlərinin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin olunmasıdır.

İclasda AMADA-nın 2025-ci ilin ilk 6 ayı ərzində fəaliyyətinə dair təqdimat dinlənilib. Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək hesabatla bağlı ətraflı məlumat verib. O, hesabat dövründə həyata keçirilən tədbirlər, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat təqdim edib.

Müşahidə Şurasının üzvləri gündəlikdəki məsələlər üzrə fikir mübadiləsi apararaq bir sıra qərarlar qəbul ediblər. 2025-ci ilin ilk yarısına dair hesabat müzakirə olunub və əsas fəaliyyət istiqamətlərində müşahidə edilən müsbət dinamika xüsusi vurğulanıb. Qərara alınıb ki, mövcud dinamika qorunmalı və aparılan islahatların davamlılığı təmin olunmalıdır.

İclasda həmçinin, AMADA-nın Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı ildə keçiriləcək Avropa üzrə illik simpoziumuna ev sahibliyi etmək təşəbbüsü də müzakirə olunub. Müşahidə Şurası bu təşəbbüsü Agentliyin beynəlxalq arenada fəaliyyətinin yeni və mühüm mərhələsi kimi qiymətləndirib. Bildirilib ki, bu addım Azərbaycanın qlobal antidopinq hərəkatında fəal iştirakını və təmiz idmana verdiyi önəmi nümayiş etdirir.

AMADA qarşıdakı dövrdə də şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirməyi hədəfləyir. Müşahidə Şurası isə bu prosesə nəzarət və istiqamət verməklə öz töhfəsini əsirgəməyəcək.

Oxşar xəbərlər

AMADA dopinqlə mübarizəni gücləndirir - 2025-ci ilin ilk iclası
AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirildi
AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında
AMADA-nın Müşahidə Şurasının yeni ildə ilk iclası baş tutdu
AMADA-nın icraçı direktoru kollektivə təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər