Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
WhatsApp-la özünə klub tapmağı tövsiyə etdilər!
Avropada "Valensiya", "Spartak", "Cenoa" kimi klublarda çıxış edən Tino Kosta klubsuz qalıb. 32 yaşlı yarımmüdafiəçinin "Almeria"ya getməsi gözlənilir. Kosta son olaraq "San Lorenzo"nun şərəfini qoruyub.
Sportfm.az xəbər verir ki, komandanın çalışdırıcısı Diyeqo Aqirre WhatsApp vasitəsilə ona yeni klub tapmağı məsləhət görüb.
"Peşəkar futbolçu məşqçi tərəfindən məzəmməti qəbul edər. Amma ondan vacib məsələyə görə WhatsApp mesajı gəlirsə, bu insan nə mənə, nə də kluba hörmət etmir", - argentinalı futbolçu deyib.
Ötən mövsüm Argentina çempionatının 8 oyununda meydana çıxan Kosta 1 məhsuldar ötürmənin müəllifi olmuşdu.
Oxşar xəbərlər
Ölən futbolçunun həyat yoldaşı: “Bəzən ona "WhatsApp"dan mesaj yazıram”
“Benfika”nın yeni prezidenti müəyyənləşdi - Rui Koşta
Diyeqo Kosta qol vurdu, qırmızı vərəqə aldı
Mourinyo ona möhtac oldu
Dieqo Kosta “Çelsi” rəhbərliyindən nəyi xahiş etdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası