reklam
San Marino təmsilçisi ermənilərin məşhur klubunu uddu -
Sportfm.az xəbər saytı

San Marino təmsilçisi ermənilərin məşhur klubunu uddu -Konfrans Liqası


Konfrans Liqasında növbəti oyunlar keçirilib.

Sportfm.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində daha 22 qarşılaşma baş tutub.

Günün ən məhsuldar qarşılaşması Gürcüstanda qeydə alınıb. “Torpedo” – “Ordabası” matçı meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qonşu ölkənin daha bir təmsilçisi “Dila” da Lüksemburqda “Rasinq”ə qalib gəlib.

Gürcülərdən fərqli Ermənistanın hər iki təmsilçisi mərhələnin ilk oyunlarını məğlub başa vurub.

Bu mərhələnin ilk iki görüşü iyulun 8-də olub. Azərbaycanı bu yarışda təmsil edəcək “Zirə” ilə “Araz-Naxçıvan” isə mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

Konfrans Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul

Atletik Eskaldes (Andorra) – Düdelanj (Lüksemburq) 2:0
Maqpies (Cəbəllütariq) – Payde (Estoniya) 2:3
Jalgiris (Kaunas, Litva) – Penibont (Uels) 3:0
SJK (Finlandiya) – Klaksvik (Farer adaları) 1:2
Torpedo (Gürcüstan) – Ordabası (Qazaxıstan) 4:3
Rasinq (Lüksemburq) – Dila (Gürcüstan) 1:2
Urartu (Ermənistan) – Neman (Belarus) 1:2
Nomme Kalyu (Estoniya) – Partizani (Albaniya) 1:1
Birkirkara (Malta) – Petroklub (Moldova) 1:0
Deçiç (Monteneqro) – Sileks (Şimali Makedoniya) 2:0
Vlazniya (Albaniya) – Dauqavpils (Latviya) 0:1
Torpedo (Belarus) – Rabotniçki (Şimali Makedoniya) 3:0
Malişeva (Kosovo) – Vikinqur (İslandiya) 0:1
Sutyeska (Monteneqro) – Dinamo (Brest, Belarus) 1:2
Vardar (Şimali Makedoniya) – La Fiorita (San Marino) 3:0
Jelezniçar (Bosniya və Herseqovina) – Koper (Sloveniya) 1:1
Runavik (Farer adaları) – HJK (Finlandiya) 4:0
Sent Patriks (İrlandiya) – Hegelman (Litva) 1:0
Boraç (Bosniya və Herseqovina) – Santa Koloma (Andorra) 1:4
Tre Fyori (San Marino) – Pünik (Ermənistan) 1:0
Larne (Şimali İrlandiya) – Auda (Latviya) 0:0
Valyur (İslandiya) – Flora (Estoniya) 3:0

Oxşar xəbərlər

1-ci təsnifat mərhələsinin ilk oyunlarının nəticələri - Konfrans Liqası
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atıldı
1-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək - Konfrans Liqası
İlk təsnifat mərhələsinin püşkü atıldı - Konfrans Liqası
Avropa Liqası: Gecənin bütün nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər