reklam
Sportfm.az xəbər saytı

"Şəfa" klubu yeni stadiona köçür, təmir başladı -EKSKLÜZİV


"Şəfa" klubu bu ildən Birinci Liqada iddialılardan olacaq.

Elə son zamanlar klubun etdiyi transferlər də bundan xəbər verir.

Klub hətta Premyer Liqadan bir neçə futbolçunun heyətə cəlb olunmasında maraqlıdı. Rəhbərliyin pulu da var. Olmasaydı, futbolçulara şişirdilmiş rəqəmlər, 3-5 min manat maaş verməzdilər.

Nəysə, məsələ o deyil. Məsələ odur ki, milyonu aşan büdcəyə malik klubun məşq etməyə və oyunları keçirməyə stadionu yoxdur. Yəni "Şəfa" ortalıqda qalıb.

Redaksiyamıza daxil olan informasiyaya görə, klub rəhbərliyi bu işin içindən çıxmaq üçün köhnə "Ədliyyə" stadionuna üz tutub.

Uzun illərdir istifadəsiz qalan arena "Şəfa" tərəfindən icarəyə götürülüb təmir ediləcək. Hətta artıq işlərə start da verilib.

Klub stadionu əsaslı təmir edərək, əsas meydançaya sintetik örtüklü qazon döşəyəcək. Futbolçular məşqlərini də burda edəcək. Təbii ki, klub Birinci Liqada ev oyunlarını da orda keçirəcək.

Oxşar xəbərlər

Məmmədovlu “Mingəçevir” “Şəfa”nın yolu ilə gedir - I Liqa
İkinci Liqa komandasının stadionu təmir ediləcək - müasir qazon olacaq
Şişirdilmiş şar, yoxsa ikinci "İrəvan" - Baxış
"Şəfa" stadionu yenidən əl dəyişdirdi, təmir başladı - ÖZƏL, FOTO
"Şəfa" qayıdır, özüdə necə - AFİŞA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər