reklam
Keniyalı atletlər yeni dünya rekordu müəyyənləşdirdi
Sportfm.az xəbər saytı

Keniyalı atletlər yeni dünya rekordu müəyyənləşdirdi


Keniyalı atletlər Beatris Çebet və Feyt Kipyeqon ABŞ-da keçirilən Brilyant Liqası mərhələsində yeni dünya rekordu müəyyənləşdiriblər.

Sportfm.az xəbər verir ki, Çebet 5000 metr məsafəni 13 dəqiqə 58,06 saniyəyə qət edib.

Bu nəticə ilə o, 2023-cü ilin sentyabrında efiopiyalı Qudaf Tseqayın müəyyən etdiyi əvvəlki rekordu geridə qoyub.

25 yaşlı Çebet Paris-2024 Yay Olimpiya Oyunlarında bu məsafədə qızıl medal qazanmış, dünya çempionatlarında isə gümüş (2022) və bürünc (2023) medallara sahib olmuşdu.

Kipyeqon isə 1500 metr məsafəyə qaçışda özünə məxsus dünya rekordunu yeniləyib. O, məsafəni 3 dəqiqə 48,58 saniyəyə tamamlayaraq Paris-2024 olimpiadasında əldə etdiyi 3:49,04-lük nəticəni yaxşılaşdırıb.

31 yaşlı atlet bu məsafədə üçqat Olimpiya və dünya çempionudur. O, 2023-cü ildə 5000 metr məsafədə də dünya çempionu titulunu qazanıb.

Oxşar xəbərlər

Afrikalı sprinterdən yeni rekord
Amerikalı atletdən bir həftə iki dünya rekordu
Amerikalı üzgüçüdən dünya rekordu
Uqandalı atletdən yeni dünya rekordu - 5000 metr məsafə qət etdi
Rio-2016: Yeni dünya rekordu qeydə alındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər