reklam
Amerikalı atletdən bir həftə iki dünya rekordu
Sportfm.az xəbər saytı

Amerikalı atletdən bir həftə iki dünya rekordu


Amerikalı atlet Qrant Fişer ABŞ-də bir həftə ərzində iki dünya rekordu müəyyənləşdirib.

Sportfm.az xəbər verir ki, o, qapalı məkanda keçirilən turnirdə 5000 metr məsafəyə qaçış üzrə rekorda imza atıb.

İdmançı sözügedən məsafəni 12 dəqiqə 44,09 saniyəyə qət edib. Əvvəlki dünya rekordu efiopiyalı Kenenisa Bekeleyə məxsus idi. Sprinter 2004-cü ilin fevralında 5000 metr məsafəni 12 dəqiqə 49,60 saniyəyə qaçmışdı.

Qeyd edək ki, Q.Fişer ABŞ-də fevralın 9-da qapalı məkanda keçirilən turnirdə 3000 metr məsafəyə qaçış üzrə də dünya rekordu müəyyənləşdirmişdi. İdmançı 2024-cü ildə keçirilən Paris Olimpiadasında 5000 və 10000 metr məsafələrə qaçış üzrə bürünc medal sahibidir.

Oxşar xəbərlər

Amerikalı üzgüçüdən dünya rekordu
İdmançımız Yaponiyada dünya çempionu oldu - Uğur
Uqandalı atletdən yeni dünya rekordu - 5000 metr məsafə qət etdi
96 yaşında yeni dünya rekorduna imza atdı - FOTO
Rio-2016: Yeni dünya rekordu qeydə alındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər