Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Niko Uilyams satılmır -Katalonlar şokda
“Atletik” bu gün vingeri Niko Uilyamsın müqaviləsinin müddətini 10 illik uzatdığı elan edib.
Sportfm.az xəbər verir ki, ispaniyalı futbolçunun adını son zamanlar “Barselona” ilə sıx əlaqələndirirdilər, ancaq bu transfer artıq baş tutmayacaq.
“Barselona”nın rəhbərliyi bu qərardan sonra tam mənada şoka düşüb. Maraqlıdır ki, hələ bir gün əvvəl Uilyamsın agenti onun gələcəyi ilə bağlı qərarın bir həftə ərzində veriləcəyini demişdi.
Kataloniya təmsilçisi hesab edir ki, 22 yaşlı futbolçu bu addımı ilə hörmətsizlik edib, çünki ilkin təşəbbüs məhz onun tərəfindən gəlmişdi. Klub prezidenti Xuan Laporta əvvəlcə bu transferə isti yanaşmasa da, onun agentinin təklifi və klub daxilindəki məsləhətləşmələrdən sonra fikrini dəyişmişdi.
İndi isə “Barselona”da düşünürlər ki, onlara qarşı qeyri-etik davranılıb. Bəziləri bunu birbaşa “aldadılmaq” kimi də qiymətləndirir.

Oxşar xəbərlər
Qurban Qurbanov "Barselona"nın düşərgəsində!
“Barselona” Yamalın müqaviləsini yeniləyəcək
Neymar “Barselona”ya qayıdır - Danışıqlar başladı
Messi hazırlaşmaq üçün "Barselona"ya qayıdır
Levandovski “Barselona”da qalacaq - Agenti açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin