reklam
Məsiyev Avropa çempionatının yarımfinalında -
Sportfm.az xəbər saytı

Məsiyev Avropa çempionatının yarımfinalında -Təyinat


FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

E.Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.
İyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.

Oxşar xəbərlər

Məsiyev Almaniya - İtaliya oyununda - TƏYİNAT
Elçin Məsiyev İngiltərinin oyununda
Elçin Məsiyevə növbəti təyinat - UEFA-dan
Elçin Məsiyevə növbəti təyinat
Elçin Məsiyev Konfrans Liqasının oyununda - Növbəti təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər