reklam
Elçin Məsiyevə növbəti təyinat
Sportfm.az xəbər saytı

Elçin Məsiyevə növbəti təyinat


FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Sportfm.az xəbər verir ki, E.Məsiyev UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) - “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq. Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Elçin Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu matçda VAR, Rəşad Əhmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Elçin Məsiyev Konfrans Liqasının oyununda - Növbəti təyinat
UEFA-dan Elçin Məsiyevə növbəti təyinat
Elçin Məsiyevə daha bir təyinat
Elçin Məsiyev Konfrans Liqasının oyununda
Məsiyev İsveçrə millisinin oyununda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər