Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ərəblər idman mağazasından oğurluq etdi - Bakıda
Bakıda turistlər tərəfindən ard-arda 2 oğurluq hadisəsi qeydə alınıb.
Sportfm.az xəbər verir ki, hadisə şəhərin mərkəzində - Xəqani küçəsində yerləşən "Xəqani” Ticarət Mərkəzində baş verib.
Belə ki, ərəb turistlər ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən idman malları mağazasına daxil olaraq, satıcının olmamasından istifadə ediblər. Onlar mağazadan idman ayaqqabısı, şort və digər geyim əşyaları götürərək, oradan uzaqlaşıblar.
Baş verənlər təhlükəsizlik kameraları ilə qeydə alınıb. Digər oğurluq hadisəsi isə ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən "Parfume Store" adlı parfumeriya mağazasında baş verib. Məlumata görə, ərəb turistlər mağazadan 1-i 180 manat dəyərində olan 2 ətir oğurlayıblar.
Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə müraciət edilib. Araşdırma aparılır. Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün sayt əməkdaşı 39-cu Polis Bölməsi ilə əlaqə saxlayıb. Növbətçi hissədən bildiriblər ki, bununla bağlı açıqlama vermək səlahiyyətləri yoxdu. "Xəqani” Ticarət Mərkəzindən isə faktı nə təkzib, nə də təsdiq ediblər.
Oxşar xəbərlər
Ceyhun Sultanovu qarət edənlərə iş kəsiləcək - Məhkəmə başlayır
Bakıda "Topaz"dan oğurluq edildi - Oğru yaxalandı
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Antalyada azərbaycanlı futbolçuların olduğu ticarət mərkəzində yanğın!
“Neftçi”nin futbolçusunun maşınından oğurluq edildi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin