
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Antalyada azərbaycanlı futbolçuların olduğu ticarət mərkəzində yanğın!
Türkiyənin Antalya şəhərində yerləşən "Terracity" ticarət mərkəzində yanğın olub. Binanın 4-cü mərtəbəsində olan ticarət obyektlərinin birində yanğın baş verib.
Sportfm.az xəbər verir ki, "LC Waikiki" mağazası qısa müddətdə dumana bürünüb və müştərilər oradan çıxarılıb. Yanğın nəticəsndə xəsarət alan olmayıb və dördüncü mərtəbədə olan insanlar aşağı enib. Polisin dəstəyi ilə ticarət mərkəzinin yuxarı mərtəbələrinə giriş 10 dəqiqə müddətində qadağan edilib. Mərkəzin işçilərinin müdaxiləsindən sonra yanğın söndürülüb.
Yanğın zamanı ticarət mərkəzində "Zirə"nin və I Divizion təmsilçisi "Xəzər" komandasının futbolçuları və bir neçə məşqçisi alış-veriş edirdi.
newsport.az
Oxşar xəbərlər
Stadionda güclü yanğın baş verdi - FOTO
Bundesliqa klubunun bazasında yanğın
Dünya çempionatı üçün tikilən stadiond yandı - FOTO
Ərəblər idman mağazasından oğurluq etdi - Bakıda
Olimpiya Komitəsinin binasında yanğın olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin