Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Musayev uduzdu, Fiziyev qalib gəldi -UFC
UFC-də Azərbaycanı təmsil edən döyüşçü Rafael Fiziyev 2022-ci ildən sonra ilk qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, bu, Bakıdakı UFC gecəsində Çilidən olan İqnasio Baxamondes üzərində əldə olunub.
Üç raundluq döyüşün yekununda hər üç hakim 30:27 hesablı qələbə qeydə alıb.
Bununla da Fiziyev ardıcıl 3 məğlubiyyətdən sonra qalibiyyət əldə edə bilib. Onun hesabında 13 qələbə, 4 məğlubiyyət var. Baxamondes isə 23-cü döyüşündə 6-cı dəfə məğlub olub.
Bu döyüşədək Fiziyev UFC-nin yüngül çəkili döyüşçülərinin reytinqində 11-ci yerdə idi.
Qeyd edək ki, ötən gecə digər döyüşçümüz Tofiq Musayev qırğızıstanlı rəqibinə məğlub oldu.

Oxşar xəbərlər
“Doğma divarlar arasında döyüşəcəm" - Rafael Fiziyev
Fiziyev Qurbanovla görüşdü - FOTO
Fiziyev məğlub oldu - UFC-286
Fiziyev Azərbaycan bayrağı altında ilk qələbəsini qazandı - VİDEO
İdmançımız UFC-də 12-ci döyüşünü keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin