reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan ikinci transfer


"Qarabağ" klubu yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Sportfm.az xəbər verirki, Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.
24 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

Oxşar xəbərlər

"Qarabağ"dan ilk transfer - RƏSMİ
"Qarabağ" yeni futbolçu aldı - RƏSMİ
Musa Qurbanlı “Qarabağ”da - RƏSMİ
"Qarabağ" 97 nömrəli qapıçını aldı - TRANSFER
Braziliyalı futbolçu PSJ-də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər