reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"dan ilk transfer -RƏSMİ


"Qarabağ" ilk yay transferini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqlar nəticəsində sağ cinah müdafiəçisi Dani Bolt heyətə cəlb edilib.
25 yaşlı braziliyalı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub. O, ötən mövsüm ərzində meydana çıxdığı 36 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, tam adı Daniel Lima de Kastro olan yeni transferin 26 yaşı sabah tamamlanacaq.
"Qarabağ"dan ilk transfer -

Oxşar xəbərlər

1 milyard avro və yeni nömrə - Fantastika
"Qarabağ" yeni futbolçu aldı - RƏSMİ
"Qarabağ" 97 nömrəli qapıçını aldı - TRANSFER
"Zenit"də braziliyalı oyunçu - TRANSFER
“Qarabağ” yeni transferini açıqladı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər