Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
28 oktyabr - Dünya Cüdo Günü
Beynəlxalq Cüdo Federasiyası hər ilin 28 oktyabr tarixini "Dünya Cüdo Günü” kimi qeyd edir. Sportfm.az Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, məhz cüdonun banisi Ciqoro Kano (Jigoro Kano) oktyabrın 28-də anadan olduğu üçün bu tarix cüdo günü kimi qeyd olunur. Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən beynəlxalq cüdo federasiyasına (İJF) 195 milli federasiya daxildir.
Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə cüdoçumuz Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında parlaq qələbələr qazanıblar. Hal-hazırda da cüdo üzrə milli komandamızın üzvləri mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini ləyaqətlə ucaldırlar. 2016-cı ildə cüdoçularımız Olimpiya Oyunları, Avropa çempionatı , "Böyük Dəbilqə", "World Masters" və "Qran-Pri" kimi nüfuzlu yarışlarda uğurla çıxış edərək medallar qazanıblar.
Oxşar xəbərlər
Azərbaycanlı hakim Paralimpiadanın yarışlarını idarə edəcək
28 oktyabr - Dünya Cüdo Günü
Bu gün "Dünya Cüdo Günü"dür
Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək
Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb...FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin