Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir" -Qurban Qurbanov
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasında "Qarabağ"ın rəqibi bəlli olub.
Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu “Şelburn” – “Linfild” cütünün qalibi ilə görüşəcək. Komandanın baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib:
“Çoxdandır belə komandalara qarşı oynamırıq. Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə stabil komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq. İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq”.

Oxşar xəbərlər
"Qarabağ" üçün irlandiyalılar - Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq
"Çempionlar Liqasında zəif komanda olmur" - Qurban Qurbanov
"Ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük" - Qurban Qurbanov
Qurban Qurbanov:"Rəqibimizin gücü bəllidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin