"Ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük" -Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Sportfm.az xəbər verir ki, baş məşqçi bu barədə klubun rəsmi saytına açıqlama verib.
"Hər üçün ciddi rəqibdir. İki komanda - "Kayrat" və "Omoniya" öz ölkələrinin çempionlarıdır. Kipr komandaları bizə qarşı həmişə çox ciddi olublar. Onlarla maraqlı oyunlarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər oyuna ciddi yanaşmalıyıq. "Bazel"in isə xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük".
Komandamız H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) klubları ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
"Qarabağ" bu gün "Bazel"lə qarşılaşacaq - Konfrans Liqası
"Qarabağ" qrup liderliyini təmin edə bilər - Konfrans Liqası
"Qarabağ" "Omoniya"ya qarşı - Konfrans Liqası
“Qarabağ”ın qrup oyunlarının təqvimi - Konfrans Liqası
"Qarabağ"ın qrupdakı rəqibləri bəlli oldu - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası