reklam
Cüdoçumuz 1/4 finalda -
Sportfm.az xəbər saytı

Cüdoçumuz 1/4 finalda -Dünya çempionatı


Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında bu gün Azərbaycanın 2 cüdoçusu mübarizəyə qoşulub.

Sportfm.az xəbər verir ki, bunlardan biri 90 kq çəki dərəcəsində yer alan yeniyetmələr arasında olimpiya çempionu Vüqar Talıbov olub.

O, 1/32 final mərhələsinə təsadüf edən ilk görüşündə gürcüstanlı Luka Maisuradze ilə üz-üzə gəlib.

Qarşılaşma Maisuradzenin qələbəsi ilə yekunlaşıb. Bununla da Talıbov çıxışını erkən başa vurub.

Azərbaycanın daha bir cüdoçusu - 2024-cü ilin Avropa çempionu Elcan Hacıyev isə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. 23 yaşlı idmançı əvvəlcə özbəkistanlı Nurbek Murtozoyevi üstələyib. Növbəti mərhələdə o, Çin Taypeyindən olan Penq-Yu Çen ilə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Hacıyev 1/4 finala yüksəlib. Onun rəqibi çexiyalı Adam Kopeçki olacaq.

Oxşar xəbərlər

İki cüdoçumuz mübarizəyə qoşulur - Dünya çempionatı
Daha bir cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Azərbaycan cüdoçusu 1/8 finalda - Paris-2024
Cüdoçumuz Avropa çempionu oldu
Daha üç cüdoçumuz mübarizəyə başlayacaq - Qran-pri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər