reklam
Cüdoçumuz Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Cüdoçumuz Avropa çempionu oldu


Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 kq.) Avropa çempionu olub.

Sportfm.az xəbər verir ki, turnir boyu Elcan Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqibləri üzərində parlaq qələbə qazanıb.
Qeyd edək ki, o, hazırda bu kateqoriyada ən yüksək reytinqli cüdoçu olan gürcüstanlı Olimpiya çempionu — Laşa Bekauriyə qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

Elcan final görüşündə macar cüdoçusu Kristof Totu məğlub edərək Avropa çempionu titulunu qazanıb.

Eyni zamanda Hacıyev daha əvvəl gənclər arasında Avropa çempionatında qızıl medal, dünya çempionatında isə iki bürünc medal qazanıb. Bundan əlavə, o, həm Qran Pri, həm də Böyük Dəbilqə turnirlərin mükafatçısı olub.

Oxşar xəbərlər

Hələ belə nəticəmiz olmamışdı - tarixi uğur
Yarımfinalda iki cüdoçumuz - Avropa çempionatı
Cüdoçumuz Avropa çempionu oldu
Cüdoçumuz Avropa çempionu oldu - UĞUR
İki cüdoçumuz Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər