reklam
Sportfm.az xəbər saytı

"Səbail" hamını aldadıb, qanunları pozur, işçilərin maaşlarını vermir -HADİSƏ


Bu mövsümün nəticələrinə görə, "Səbail" Birinci Diviziona yuvarlandı.

Komanda elitadan düşmədən öncə baş məşqçi Cavid Hüseynov mətbuat konfransında "Səbail"in heç kimə lazım olmadığını, klubda maliyyə sıxıntısı yaşandığını açıqladı.

Elə məhz bu açıqlamasına görə, Hüseynovla yollar ayrıldı.

Ancaq məsələ tək bununla bitmədi. Bir müddət sonra məlum oldu ki, klubun akademiyasında çalışan məşqçilər uzun müddətdir maaş üzünə həsrətdir.

Hətta onların bir qismi maaş ala bilmədikləri üçün AFFA-ya şikayətə də yollandılar.

Daha sonra "Səbail" açıqlama verdi ki, guya məşqçilərin maaşları ödənib, sadəcə arada müqavilədəki müddət məsələsinə anlaşılmazlıq olub.

Ancaq bu belə deyil. Saytımıza dail olan məlumata görə, heç kimə heç nə ödənməyib. Yəni "Səbail" mətbuatı və ictimaiyyəti "yola verib".

İlboyu istidə, soyuqda, qarda, günün istisində uşaqlara məşq keçən, yarışlarda "Səbail"in aşağı yaş qrupları üzrə komandaların başında duran məşqçilərin başlarına oyun açırlar, onların bir işçi kimi, Əmək Məcəlləsinə zidd olaraq, hüquqları pozulur.

"Səbail"in futbol akademiyası ilə 10 aylıq(1 avqust-31 may) müqaviləsi olan məşqçilərin hamısı cəmi 8 ay maaş alıblar. Bu isə ciddi qanun pozuntusudur.

Məşqçilər bununla bağlı AFFA-ya müraciət etsələr də, qurumdan cavab yoxdu. Federasiya susur, klub susur, məşqçilər isə halal zəhmət haqqlarını ala bilmirlər.

Oxşar xəbərlər

Premyer Liqaya çıxan komandada krizis yaşanır - PUL YOXDU
AFFA-da mübahisə düşdü, Sərxan Hacıyev deyən oldu - EKSKLÜZİV
Cavid Hüseynov "Səbail"də - Müqavilə imzalandı
Cavid Hüseynov "Turan"dan ayrıldı, "Səbail"ə gəlir - Təyinat
"Səbail" futbolçuları maaş ala bilmir - Pul yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər