reklam
Mahir Emreli: Hələ heç nə qərarlaşdırılmayıb
Sportfm.az xəbər saytı

Mahir Emreli: Hələ heç nə qərarlaşdırılmayıb


Azərbaycan millisinin futbolçusu Mahir Emreli yollarını ayırdığı Almaniyanın "Nürnberq" klubu ilə bağlı fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlama verib.

Forvard 2-ci Bundesliqanın 34-cü turunda "Ayntaxt" (Braunşveyq) komandasına qarşı görüşdən sonra danışıb.

Qarşılaşmada het-trik edən oyunçu bunları deyib:

"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".

Emreli gələcək planları barədə də danışıb:

"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".

Oxşar xəbərlər

“Nürnberq”in baş məşqçisi - "Mahir oruc tutmağa çox ciddi riayət edir”
Emreli “Nürnberq”dən getməyəcək - AÇIQLAMA
Emreli “Nürnberq”dən hansı şərtlə ayrıla bilər - AÇIQLAMA
Mahir Emreli "Nürnberq"də hamını keçdi
Emreli komanda ilə məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər