reklam
Emreli “Nürnberq”dən getməyəcək -
Sportfm.az xəbər saytı

Emreli “Nürnberq”dən getməyəcək -AÇIQLAMA


Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”dəki karyerasına aydınlıq gətirib.

Sportfm.az xəbər verir ki, Cənubi Koreyanın “Seul” komandasına keçəcəyi bildirilən 28 yaşlı futbolçu bu xəbərlərə özünün “instaqram” səhifəsindəki paylaşımında münasibət bildirib. Emreli “Nürnberq”də qalacağını qeyd edib:

“Nürnberq” mənim özümü xoşbəxt gördüyüm yerdir və mən gələcək işlərimi yaxşı görmək üçün motivasiyalıyam”.

Emreli tam olaraq növbəti matça – “Hannover”lə oyuna kökləndiyi də vurğulayıb.

Emreli komandasının son iki oyununda iştirak etməyib. Almaniya mətbuatı onun “Seul”a keçə biləcəyinə dair məlumat yaymışdı.

Oxşar xəbərlər

Emreli “Nürnberq”dən hansı şərtlə ayrıla bilər - AÇIQLAMA
Mahir Emreli "Nürnberq"də hamını keçdi
Emreli "Nürnberq"də növbəti qolunu vurdu
Mahir Emreli oynadı, komandası uddu
Emreli komanda ilə məşqlərə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər