reklam
Emreli “Nürnberq”dən hansı şərtlə ayrıla bilər -
Sportfm.az xəbər saytı

Emreli “Nürnberq”dən hansı şərtlə ayrıla bilər -AÇIQLAMA


“Nürnberq” klubunun İdarə Heyətinin üzvü Joti Çatzialexiu Mahir Emrelinin komandadan hansı şərtlə ayrıla biləcəyini açıqlayıb.

Sportfm.az xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə açıqlama verib.

Onun sözlərinə görə, 27 yaşlı hücumçu ilə maraqlanan Cənubi Koreya təmsilçisi “Seul”dan təkmilləşdirilmiş təklif olmayıb:

“Mahirin bəlli qiymətinin olması mənə aydındır. Yalnız bundan sonra həqiqətən dəyişiklik haqqında düşünməyə hazır olacağıq”.

Klub rəsmisi Emrelinin məşqlərə başladığını da söyləyib:

Artıq məşqlərdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz təzyiq altında deyilik. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlayacaqmı? Bunu etməsələr, Mahir “Nürnberq” üçün oynamağa davam edəcək və inanıram ki, qollarını da vuracaq”.

Mahir Emreli ötən yay Zaqreb “Dinamo”sundan “Nürnberq”ə keçib.

Oxşar xəbərlər

Mahir Emreli "Nürnberq"də hamını keçdi
Mahirin komandasının toplanışa başlayacağı vaxt bilindi
Mahir Emreli oynadı, komandası uddu
Emreli komanda ilə məşqlərə başladı
Mahir Emreli Almaniya klubunda - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər