reklam
İdmançılarımız Bolqarıstanda “bürünc” qazandı
Sportfm.az xəbər saytı

İdmançılarımız Bolqarıstanda “bürünc” qazandı


Azərbaycanın 19 yaşadək badmintonçuları Bolqarıstanın Svilenqrad şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ülvi Hüseynov və Leyla Camalzadə tandemi qarışıq qoşa kateqoriyasında yarmfinala yüksəlməklə “Bulgarian Junior International 2025” turnirinin bürünc mükafatına sahib çıxıblar.

Yarmfinala gedən yolda Lüksemburq və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələn idmançılar finalın bir addımlığında Ülvi Hüseynovun zədələməsi səbəbindən mübarizəni dayandırılmalı olublar.

Leyla Camalzadə qızların şəxsi yarışında 1/8, Ülvi Hüseynov isə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləməyi bacarıb.

Oxşar xəbərlər

Azərbaycan badmintonçuları 6 medal qazandı
Badmintonçularımız Zambiyadan 7 medalla qayıdır
Güləşçilərimiz Rusiyada 3 medal qazandı
Maltada 3 medal - “Malta International 2022”
Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər